ONN İnformasiya Agentliyi

Azərbaycanda Rusiyanın helikopterlərin təmiri mərkəzi yaradılıb

Azərbaycanda Rusiyanın helikopterlərin təmiri mərkəzi yaradılıb
26 Aprel 2022 - 16:27

Azərbaycanda Rusiya investorlarının iştirakı ilə helikopterlərin təmiri və texniki xidmət mərkəzinin tikintisi başa çatıb.

ONN media xəbər verir ki, bunu Azərbaycan-Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 20-ci iclasında çıxış edərkən Baş nazirin müavini Şahin Mustafayev bildirib.

O deyib ki, mərkəz bu ilin üçüncü rübündə tam fəaliyyətə başlayacağı planlaşdırılır.

Qeyd edək ki, mərkəzin təməlqoyma mərasimi 2019-cu ildə dekabrın 9-da “Zabrat” aeroportunun ərazisində keçirilib. Bununla bağlı“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Rusiya Helikopterləri” SC-nin baş direktoru Andrey Boginskiy tərəfindən müvafiq saziş imzalanıb.

Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı helikopterin təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.

Azərbaycan ərazisində belə bir unikal və rəqabətqabiliyyətli müəssisənin yaradılması ölkədə kiçik aviasiyanın inkişafında, aviasiya sektorunda yeni kadrların hazırlanmasında uğurun növbəti açarı olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png