ONN İnformasiya Agentliyi

AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi

AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi
11 İyul 2022 - 20:54

AMEA-nın müxbir üzvü Akif Musayev dünyasını dəyişib.

ONN media xəbər verir ki, mərhum beynində olan bədxassəli şişdən 1 həftə öncə əməliyyat olunub. Amma səhhəti getdikcə ağırlaşıb və bu gün dünyasını dəyişib.

Akif Musayev 1947-ci il 18 iyul tarixində Füzuli rayonunun Qorgan kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub. 1977-ci ildə iqtisadi-riyazi üsullar ixtisası üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png