ONN İnformasiya Agentliyi

Ordumuzun maşınlarına qoyulan işarənin mənası nədir?

Ordumuzun maşınlarına qoyulan işarənin mənası nədir?
21 Sentyabr 2022 - 14:10

Sosial şəbəkədə Azərbaycan Ordusuna aid maşın karvanının məlum görüntüləri ilə bağlı araşdırma apardım.

Məlumdur ki, Azərbaycan Ordusunun qoşun növləri həm havada, həm də quruda qarşılıqlı əlaqədə olaraq döyüş əməliyyatı keçirib. Hərbi qulluqçuların təhlükəsizliyi və əməliyyatların havadan/qurudan idarəedilməsini asanlaşdırmaq üçün hərbi texnikaların üzərinə bölmələrin (qrupların) adlarının baş hərfləri ilə fərqlənmə nişanları vurulub (texnikaların üstünə və yanlarına).

Fotolardan göründüyü kimi, adi Z-dən fəqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib. Hərbiçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır, yalnız bölmənin adını əks etdirir. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil.

ONN media xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev qeyd edib.

“Kimsə hər hansı bir hərfi ideoloji məqsədlərnən istifadə edirsə bu o demək deyil ki, biz həmən hərfləri əlifbamızdan çıxarmalıyıq.

Odur ki, döyüşdən qalib olaraq geri qayıdan Azərbaycan əsgərini alqışlamalıyıq, ona ürək dirək verməliyik, onları gələcək qələbələrə ruhlandırmalıyıq.

Ordumuz qürurumuzdur!” – deyə o bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png