ONN İnformasiya Agentliyi

“Neftçi” böyük hesabla qalib gəldi

“Neftçi” böyük hesabla qalib gəldi
18 Fevral 2023 - 19:55

Azərbaycan Premyer Liqasında XXIII turun daha bir matçı keçirilib.

ONN media xəbər verir ki, “Neftçi” öz meydanında “Səbail”i 3-0 məğlub edib.

Bu qələbə ilə xallarını 48-ə çatdıran “Neftçi” 3-cü pillədəki mövqeyini möhkəmlədib. 16 xalı olan “Səbail” isə sonuncu sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” Gəncədə “Şamaxı”nı 3:2, “Qəbələ” isə evdə “Sumqayıt”ı 2:1 hesabı ilə üstələyib. Tura fevralın 19-da keçiriləcək “Sabah” – “Turan Tovuz” və “Zirə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png