“Forbes” jurnalı Amerikanın ən varlı qadınlarının siyahısını açıqlayıb.
ONN media xəbər verir ki, siyahıda yer alanlar arasında dünya ulduzları da var.
Məşhur müğənni Rihanna siyahıda 20-ci sırada yer alıb. İfaçının gəliri 1,4 milyard dollar olaraq qiymətləndirilib.
O, qazancını alt geyim markası “SavageXFenty” və gözəllik brendi olan “Fenty Beauty” ilə əldə edib.
34-cü yerdə qərarlaşan müğənni Teylor Sviftin qazancı 740 milyon dollardır.
Məşhur amerikalı müğənnisi Beyons isə 540 milyon dollar gəlirlə 48-ci sırada qərarlaşıb.