ONN İnformasiya Agentliyi

Azərbaycan rusların ən çox maraq göstərdiyi ölkə oldu – SƏBƏB

Azərbaycan rusların ən çox maraq göstərdiyi ölkə oldu – SƏBƏB
30 İyun 2023 - 16:00

“Yandex Travel” analitikləri apardıqları araşdırmaların nəticəsini elan ediblər.

ONN media xəbər verir ki, araşdırmaya görə, Azərbaycan iyunda ruslar üçün xarici istiqamətlər arasında tələbat artımı baxımından lider ölkə olub.

Qeyd olunur ki, 2023-cü ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana səyahətə maraq 249% artıb.

Mütəxəssislər bu cür göstəricilərin yaranmasının səbəbləri arasında bu ilin yayında Azərbaycana uçuşların qiymətlərinin xeyli aşağı salınmasını qeyd ediblər. Belə ki, 2023-cü ildə iyunda gediş-gəliş əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% ucuz başa gəlir. Azərbaycanda hotellərin bronlaşdırılması qiymətləri isə 2022-ci ildəki qiymətlərlə eynilik təşkil edir.

Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstana (87%), Tailanda (80%), Kiprə (55%) və Türkiyəyə (44%) səyahət tələbi də xeyli artıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png