ONN İnformasiya Agentliyi

Yarım milyon udan şəxsin kimliyi bəlli oldu

Yarım milyon udan şəxsin kimliyi bəlli oldu
10 İyul 2023 - 15:40

Ölkənin qanuni və yeganə lotereya təşkilatçısı Azərlotereya ASC-nin təşkil etdiyi “4+4” tirajlı lotereyasında 530 359 manatlıq cekpot Saatlı sakini Sakin Hüseynova qismət olub.

ONN media xəbər verir ki, 43 yaşlı Sakin Hüseynov ustadır. Ara-sıra lotereyada bəxtini yoxlayan Sakin bəyə qonaq getdiyi Saatlıda şans üzünə gülüb. “4+4” lotereyasında 530 359 manatlıq cekpotun sahibi olub.

O, böyük həyəcan hissilə cekpotu əldə etmək üçün “Azərlotereya”nın uduşlu biletlərin qəbul edildiyi “Bakı KOB Evi”nə yollanıb. Daha sonra cekpot sahibi “Azərlotereya”nın baş ofisinə gələrək İdarə Heyətinin sədri Osman Karakuşla görüşüb.

Sevincini bölüşən şanslı qalib qazandığı pulla özünə ev və avtomobil alacağını, övladının velosiped arzusunu yerinə yetirəcəyini bildirib.

Təxminən 4 ay öncə 913 072 manatlıq tarixi cekpot da “4+4” tirajlı lotereyasında qazanılmışdı. Növbəti cekpot məbləği isə 250 000 manatdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png