ONN İnformasiya Agentliyi

Bu uşaqları məktəbə göndərməyin – Nazirlikdən xəbərdarlıq

Bu uşaqları məktəbə göndərməyin – Nazirlikdən xəbərdarlıq
01 Noyabr 2023 - 17:19

“Bağçayaşlı uşaqlar virusa yoluxduqdan sonra onların məktəbəqədər təhsil müəssisəsinə göndərilməsi tövsiyə olunmur”.

ONN Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov deyib.

O bildirib ki, sentyabr aylarında bağça və məktəblər fəaliyyətə başladığı üçün həmin vaxt uşaqlar arasında virusa yoluxma halları artır.

Tərlan Əyyubovun sözlərinə görə, 4 yaşına qədər olan uşaqlarda immun sistemi daha güclüdür: “Bu yaşdan yuxarı olan uşaqlarda isə əksinə, virusa qarşı mübarizə zəifləyir: “Virusa yoluxan uşaqların məktəbə, bağçaya getməsi tövsiyə olunmur. Çünki uşaq virusa yoluxubsa, bunun inkubasiya dövrü var. Ona görə də tam sağalandan sonra uşaq məktəbə və ya bağçaya gedə bilər”.

Mütəxəssis eyni zamanda valideynləri uşaqlara gigiyena qaydalarını aşılamağa çağırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png