ONN İnformasiya Agentliyi

Renat Dadaşovdan BÖYÜK UĞUR

Renat Dadaşovdan BÖYÜK UĞUR
25 Noyabr 2023 - 18:28

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov icarə əsasında çıxış etdiyi Türkiyənin “Hatayspor” klubunda dördüncü qolunu vurub.

ONN media xəbər verir ki, 24 yaşlı hücumçu Superliqanın XIII turunun “İstanbulspor”la səfər oyununda (1:2) fərqlənib.

Meydana start heyətində çıxan və əvəzlənmədən oynayan forvard 48-ci dəqiqədə – hesab rəqibin xeyrinə olarkən fərqlənib. Penaltini dəqiq yerinə yetirən R.Dadaşov tarazlığı bərpa edib.

Lakin sonradan daha bir qol buraxan qonaqlar meydanı məğlub tərk ediblər.

Bu nəticədən sonra “Hatayspor” 17 xalla 9-cu, “İstanbulspor” isə 8 xalla sonuncu – 20-ci pillədə yer alıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png