ONN İnformasiya Agentliyi

Əvvəlki illərin məzunları bu tarixlərdə imtahan verəcək

Əvvəlki illərin məzunları bu tarixlərdə imtahan verəcək
29 Dekabr 2023 - 15:21

Əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanların tarixi məlum olub.

ONN media xəbər verir ki, gələn ilin aprel ayının 14-də əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik bazadan kolleclərə qəbul imtahanı keçiriləcək.

Həmin tarixdə eyni zamanda ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan, eləcə də eksternat qaydasında buraxılış imtahanı olacaq.

Bundan başqa, gələn il mayın 5-də isə əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı, kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən IX sinif şagirdləri üçün əlavə imtahan və eksternat qaydasında buraxılış imtahanı da baş tutacaq.

Xatırladaq ki, DİM digər imtahanların qrafikini 2024-cü ilin yanvar ayı ərzində paylaşacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png