ONN İnformasiya Agentliyi

15 mart Bəhlul Behcətinin edam edildiyi gündür

15 mart Bəhlul Behcətinin edam edildiyi gündür
15 Mart 2024 - 9:19

Unutmayaq, unutdurmayaq!

15 mart (1869 – 1938 ) qazı, qədim Türk yurdu Zəngəzur qəzasının sonuncu qazısı, ədəbiyyatşünas, folklorşunas, milli dövləti fəaliyyətilni dəstəkləyən və represya qurbanı Əfəndiyev Bəhlul əfəndi Mustafa əfəndi oğlunun (Bəhlul Behcət) irtıca Stalin rejimi tərəfindən güllələnib.

Bəhlul Behcət 1869-ci ildə Zəngəzur qəzasının Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdu.

İbtidai təhsilini atasından və sonra qaynatası olan Hacı Qasım Çələbidən almışdı. Sonradan Şəki şəhərinə yollanmış mədrəsədə təhsilini davam etdirmişdi.

1915-ci ildə Qafqaz müftisi tərəfindən Zəngəzur qəzasının qazisi təyin edilmiş, sovetlərin gəlişindən sonra bir neçə dəfə həbs və sürgünlərə məruz qalmış, növbəti dustaqlıqlarından birinin aralığında “Azərnəşr”də korrektor işləmiş, xalq ədəbiyyatı ilə bağlı araşdırmalar aparmış, özünə “Behcət” təxəllüsü götürmüşdür.

Bəhlul Behcət şifahi xalq ədəbiyyatı nümunələrinin toplanmasında və nəşrində də mühüm xidmətlər göstərmişdi. Sarı Aşığınyaradıcılığının toplanmasında isə onun xüsusi rolu olmuşdu. Müxtəlif vaxtlarda onun mətbuatda Sarı Aşıqla bağlı çap etdirdiyi məqalələr bir daha təsdiq edir ki, bu böyük şəxsiyyət Sarı Aşığın yaradıcı irsinin öyrənilməsində də ilk addımları atmışdır.

“Sarı Aşıq”, “”Aşıq” təxəllüslü bayatı şairinin tərcümeyi-halı və yaradıcılığı”, “El şairi və el şairləri” adlı məqalələri Bəhlul Behcətin Sarı Aşıq yaradıcılığı ilə bağlı ciddi tədqiqat işi apardığını bir daha təsdiq edir.

Bəhlul Behcət kitaba daxil olan “”Aşıq” təxəllüslü bayatı şairinin tərcümeyi-halı” adlı məqaləsində, bəlkə də, ilk dəfə bu böyük şair haqqında elmi məlumat təqdim etmişdir. “Bayatı şairi kimdir?” sualını cavablandırmağa çalışan Behcət əfəndi yazır ki, onun rəngi sarıbəniz olduğundan yoldaşları arasında ona Sarıca deyirlərmiş. Əsl adı Nəbidir.

Həkəri çayı sahilində məskunlaşmış bu gənc aşiq burada da Yaxşı adlı bir qıza vurulur və bayatılarının böyük bir hissəsini ona həsr edir. Bəhlul əfəndi yazır: “Biz Aşığa dair mühüm məlumatı Hacı Qaramanın yeddinci arxa övladı olan Hacı Qasım Çələbidən öyrənməyə müvəffəq olmuşuq.

Hacı Qasım Çələbi özünün Çələbi nəslinə aid olan bəyanatında Aşıq təxəllüslü Sarıca Nəbidən də bəhs etmişdi”. Həmin bəyanatı olduğu kimi dərc edən Bəhlul əfəndi bir məqamı xüsusi diqqətə çatdırır. Orada deyilir ki, Ağa Balım seyid övladıdır. Bu tərəfdə olan seyidlər oradan yayılmışdır. Ağa Balımın Nəbi adlı müridinə də Sarıca Nəbi deyirmişlər. O da Həkəridə qalıb. Yaxşıya aşiq olub, haqq aşiqidir. Qəbri Məzməzək ağzındadır.

Bəhlul Behcət Aşığın yaradıcılığının və tərcümeyi-halının ədəbiyyatşünaslar tərəfindən düzgün araşdırılmadığını qeyd edir. Bəhlul Behcətin apardığı ikinci tədqiqat fazası Nizami Gəncəvi ilə bağlı idi. O, “Nizami və Qafqaz folkloru” mövzusundə elmi əsər qələmə almışdı.

Bəhlul əfəndi Bəhlul Danəndənin tarixi şəxsiyyət və Azərbaycan Türkü olduğunu, IX yüzildə Təbrizdə yaşadığını, müasirləri arasında alim və bağban kimi şöhrətləndiyini yazılı və şifahi tutalqalarla sübut edir, hətta albalının təzə bir növünü kəşf etdiyini, həmin calaq cinsin Bəhlulun zəhmətinin bəhrəsinə el qiyməti olaraq “bəhli” adlandırıldığını deyirmiş.

Bəhlul əfəndi, 1938 -ci ildə Stalin represiyasının qurbanı olub.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png