Türkiyənin “Antalyaspor” klubunda çıxış edən israilli futbolçu Sagiv Jehezkel polis tərəfindən saxlanılıb.
ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Antalya Baş Prokurorluğu tərəfindən israilli futbolçuya qarşı “ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə istintaq başladılıb.
Buna səbəb onun vurduğu qolu 7 oktyabrda HƏMAS-ın hücumları nəticəsində əsir düşən israillilərə həsr etməsidir. Jehezkel qoldan sonra qolundakı sarğıya yazdığı “100 days. 7. 10” yazısını nümayiş etdirmişdi.