ONN İnformasiya Agentliyi

“Qalatasaray”dan növbəti uğur

“Qalatasaray”dan növbəti uğur
19 Yanvar 2024 - 8:13

Yanvarın 18-də futbol üzrə Türkiyə kubokunun onaltıdabir final mərhələsində növbəti oyunlar keçirilib.

ONN media xəbər verir ki, öz meydanında “Umraniyəspor”u qəbul edən “Qalatasaray” rəqibini 4:1 hesabı ilə məğlub edib. “Cim-Bom”un heyətində B.Yılmaz, Tete, Bardakçı və Dervişoğlu fərqləniblər. Qonaqların təsəlli qoluna isə “Qalatasaray”dan B.Yılmaz imza atıb (öz qapısına).

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Trabzonspor” – “Manisa FK” – 3:1

“Konyaspor” – “Göztəpə” -2:1 (əlavə vaxtda)

“Sivasspor” – “Keçiörəngücü” – 3:2

“Kayserispor” – “Gənclərbirliyi” – 1:2.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png