ONN İnformasiya Agentliyi

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşdı
25 Aprel 2024 - 8:38

Son günlər Bakıda taksi xidməti qiymətlərində bahalaşma müşahidə olunur. Qiymətlərin bahalaşması bir neçə səbəblə izah olunur.

ONN media xəbər verir ki, Trend-in taksi xidməti sahəsində fəaliyyət göstərən sahibkarlar arasında apardığı sorğuya əsasən, qiymətlərin bahalaşmasına səbəb taksi xidməti göstərən avtomobillərinin sayının kəskin azalmasıdır.

Avtomobil sayının azalması bir neçə səbəblə əlaqələndirilir. Səbəblərdən biri odur ki, Nazirlər Kabinetinin qərarı ilə 15 ildən çox yaşı olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulması ilə əlaqədar bir çox sahibkar köhnə avtomobillərini kütləvi şəkildə satışa çıxarıb.

Digər bir səbəb isə odur ki, taksi operatorları 2007-ci və ondan aşağı ildə istehsal olunan avtomobilləri artıq reklamlı avtomobillər kimi qəbul etmir. Belə olan halda isə sahibkarlar həmin avtomobilləri xəttən çıxararaq, satışa qoyur.

Qeyd olunur ki, bütün bunlar taksi xidməti göstərən avtomobillərinin sayının kəskin azalmasına səbəb olub ki, bu da öz növbəsində taksi qiymətlərinin bahalaşmasına zəmin yaradıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png