ONN İnformasiya Agentliyi

UEFA qərarını verdi! İstanbulda 2 nəhəng final oynanılacaq

UEFA qərarını verdi! İstanbulda 2 nəhəng final oynanılacaq
22 May 2024 - 15:58

Türkiyənin İstanbul şəhəri növbəti illərdə ardıcıl iki Avropa kubokunun finalına ev sahibliyi edəcək.

ONN media xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində UEFA İcraiyyə Şurasının iclası keçirilib.

2026-cı ildə UEFA Avropa Liqasının finalının “Beşiktaş”ın ev oyunlarını keçirdiyi “Dolmabahçe”də keçirilməsinə qərar verilib.

Həmçinin, 2027-ci ildə Konfrans Liqasının finalının da İstanbulda oynanılacağı bildirilib. Bu finalın stadionu daha sonra müəyyənləşəcək.

“Dolmabahçe” ikinci dəfə UEFA final təşkilatına ev sahibliyi edəcək.

2019-cu ildə İngiltərənin iki komandası “Liverpul” və “Çelsi”ni qarşı-qarşıya gətirən UEFA Super Kubokunun final matçı da “Beşiktaş”ın stadionunda keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png