ONN İnformasiya Agentliyi

Birinci Qarabağ döyüşlərində itkin düşən şəhid Cavid Ələkbərovla vida mərasimi keçirilir

Birinci Qarabağ döyüşlərində itkin düşən şəhid Cavid Ələkbərovla vida mərasimi keçirilir
23 May 2024 - 11:50

Bu gün Birinci Qarabağ döyüşlərində şəhid olmuş, 30 il sonra kimliyi müəyyənləşdirilmiş Cavid Fazil oğlu Ələkbərovun nəşi ailəsinə təhvil verilib.

ONN media xəbər verir ki, hərbçinin qardaşı Aqil Ələkbərov qardaşının nəşini Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən təhvil alıb.

Şəhidlə vida mərasimi Sumqayıt şəhər Şəhidlər xiyabanında keçirilir. Cavid Fazil oğlu Ələkbərov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Cavid Fazil oğlu Ələkbərov 1975-ci il aprelin 25-də Qubadlı rayonunun Novlu kəndində anadan olub. 1993-cü ildə Milli Ordu sıralarında həqiqi hərbi xidmətə çağırılıb. Şəhid Cavid Ələkbərov Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. Məlumatlara görə, şəhidimizin son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyi istiqamətində olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png