ONN İnformasiya Agentliyi

İran Azərbaycan və Türkiyəni bu siyahıdan sildi 

İran Azərbaycan və Türkiyəni bu siyahıdan sildi 
23 May 2024 - 13:51

İran 19 mayda helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisinin vəfatı ilə bağlı başsağlığı verən ölkələrə təşəkkür məqsədilə foto paylaşıb.

ONN media xəbər verir ki, Rəisinin fotosu fonunda başsağlığı verən ölkələrin bayraqları əks olunub. Maraqlıdır ki, paylaşımın ingiliscə versiyasından fərqli olaraq, fars dilində olan versiyasında Azərbaycan və Türkiyənin bayrağı yoxdur.

Halbuki Azərbaycan və Türkiyə ilk başsağlığı verən, eyni zamanda helikopterin qalıqlarının tapılması üçün köməyini təklif edən ölkələrdir, Türkiyənin “Akınçı” PUA-sı isə bu axtarışlarda birbaşa iştirak edib və məhz türk PUA-sının sayəsində qəza yeri tapılıb.

Həmçinin Azərbaycan və Türkiyə vida mərasimində yüksək səviyyədə nümayəndə heyətilə ilə təmsil olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png