ONN İnformasiya Agentliyi

İranın qəzada həlak olan XİN rəhbəri dəfn edildi

İranın qəzada həlak olan XİN rəhbəri dəfn edildi
23 May 2024 - 15:53

Mayın 19-da helikopter qəzasında həyatını itirmiş İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian dəfn edilib.

Sabiq XİN rəhbərinin dəfn mərasimi İranın Rey şəhərindəki Şah Əbdüləzim türbəsində baş tutub.

Dəfn mərasimində dövlət nümayəndələri ilə yanaşı, minlərlə sadə vətəndaş da iştirak edib.

Qeyd edək ki, Hüseyn Əmir-Abdullahian 2021-ci ilin avqust ayında İran Prezidenti İbrahim Rəisinin administrasiyasında xarici işlər naziri təyin edilmişdi. O, İranın xarici siyasətində mühüm rol oynayan şəxs idi və fəaliyyəti Yaxın Şərqdəki geosiyasi məsələlərlə bağlı İranın strategiyasını əks etdirirdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png