ONN İnformasiya Agentliyi

Prezidentə məruzə edən general kimdir?

Prezidentə məruzə edən general kimdir?
24 May 2024 - 16:56

 bir qədər əvvəl general-mayor Vüsal Sultanov Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə edib.

ONN media xəbər verir ki, Vüsal Eynulla oğlu Sultanov Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisidir.

Aprel – Dördgünlük müharibə və Tovuz döyüşlərində də iştirak edib.

V.Sultanov Şabran rayonunda anadan olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə “Vətən Müharibəsi Qəhrəmanı”, 24 dekabr 2020-ci ildə isə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Vüsal Sultanovla bağlı ilginc fakt Vətən müharibəsinin ən çətin 5 döyüşündən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik etməsidir. Sultanov oktyabrın 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci, ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıb.

O, son döyüşündə ağır yaralanmışdı

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png