ONN İnformasiya Agentliyi

Faktiki hava açıqlandı

Faktiki hava açıqlandı
24 May 2024 - 19:13

Mayın 24-ü saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur.

ONN media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Altıağac, Xınalıq, Qusar (Laza), Xaltan, İsmayıllı, Qrız, Naftalan, Ağcabədi, Ağdam, Tərtər, Mingəçevirdə arabir yağış, Şahdağda isə sulu qar yağır.

Qrız, Şahdağ, Daşkəsən, Göygöl, Qax, Şəki, İsmayıllı, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 20-25, Aran rayonlarında 22-25, dağlıq rayonlarda 9-11, yüksək dağlıq ərazilərdə isə 2 dərəcəyədək isti olub

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png