ONN İnformasiya Agentliyi

Rusiyada son zəng tədbiri zamanı faciə: Külək məktəbin damını uşaqların üstünə saldı

Rusiyada son zəng tədbiri zamanı faciə: Külək məktəbin damını uşaqların üstünə saldı
25 May 2024 - 14:48

Rusiyada məktəblərin birində son zəng tədbirinə hazırlıq mərhələsində faciə yaşanıb. Belə ki, güclü külək məktəbin damının bir hissəsini qopararaq uşaqların üstünə salıb. Hadisə nəticəsində azı 12 məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Region Prokurorluğundan xəbər verilib.

Hadisənin Krasnodar şəhərində baş verdiyi vurğulanıb.

Yerli mediada yaralı uşaqların 2008-2010-cu il təvəllüdlü olduqları bildirilib. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi ilə cinayət işi başlanıb.

Yeri gəlmişkən, Krasnodarda saniyədə 35 metrə çata biləcək küləklə bağlı tufan xəbərdarlığı edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png