ONN İnformasiya Agentliyi

Dünyanın ən yaxşı şirkəti “Apple” seçildi

Dünyanın ən yaxşı şirkəti “Apple” seçildi
13 İyun 2024 - 12:34

“Apple” şirkətinin “Nastaq” birjasında satılan səhmləri çərşənbə günü saat 20:00-a kimi 4 faizdən çox dəyər qazanaraq hər səhm üçün 215,62 dollara yüksəlib.

ONN media xarici KİV-ə istinadən xəbər verir ki, səhmlərinin artması ilə şirkətin ümumi bazar dəyəri 3,31 trilyon dollara çatıb.

Bununla da “Microsoft” şirkətinin 3,27 trilyon dollarlıq bazar dəyərini aşan “Apple”, dünyanın ən dəyərli şirkəti titulunu geri qazanıb.

Xatırladaq ki, həftənin əvvəlində “Apple” “Apple Intelligence” adlı yeni süni intellekt texnologiyasını təqdim etdi və ChatGPT chatbotunun öz ağıllı Siri-yə inteqrasiyası üçün “OpenAI” ilə əməkdaşlıq etdiyini açıqladı.

“Apple” şirkətinin səhmləri yeni süni intellektdən sonra sonra şənbə günü 7 faizdən çox artıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png