ONN İnformasiya Agentliyi

Dondurma alarkən diqqətli olun – Tanınmış professordan XƏBƏRDARLIQ

Dondurma alarkən diqqətli olun – Tanınmış professordan XƏBƏRDARLIQ
14 İyun 2024 - 13:22

Satışda olan dondurmalarla bağlı monitorinq keçirilib. Ümumilikdə 26 istehsalçıya məxsus 60 dondurmadan nümunə götürülüb.

Sınaq nəticələrinə əsasən, dörd istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrində plandankənar yoxlamalar keçiriləcək.

Qida Təhlükəsizliyi İnstitutundan bildirildi ki, dondurma alarkən qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, yararlıq müddəti, tərkibi, xüsusilə yağ tərkibi diqqətə alınmalıdır. Küçə və parklarda açıq şəraitdə satılan dondurmaları alarkən isə məhsulun saxlanma şəraitinə diqqət yetirilməlidir. Qeyri sanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər.

Həkimlər deyir ki, xüsusilə süd məhsullarına həssas mədə xorası və xroniki qastrit, diabet xəstəliyi, qaraciyər problemi olan insanlar dondurma yeyən zaman diqqətli olmalıdırlar.

Tanınmış prfofessor Adil Qeybulla aztv-yə bildirib ki, dondurmalar hazırlanarkən birinci növbədə onun tərkibində olan süd məhsulu müəyyən bir yağlılığa malik olan süd məhsulu posterizə olunmalıdır: “Çünki posterizə olunmayan süddə müxtəlif infeksiyalar, o cümlədən brüsselyoz ola bilər. Dondurma zamanı bu mikroblar ölmürlər. Bir də nəzərə almaq lazımdır. Dondurmaların tərkibində müxtəlif qatqılar bəzi xəstələrdə allergiya da yarada bilir. Bunu da bizi müşahidə edirik”.

Ümumiyyətlə, dondurma orqanizm tərəfindən asan həzm edilən tərkibində faydalı süd yağı, zülal kalsium olan, xüsusilə uşaqlar tərəfindən çox sevilən məhsuldur. Bununla belə, gün ərzində üç 300-400 qramdan çox dondurma yemək tövsiyə olunmur. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png