ONN İnformasiya Agentliyi

Barış Manço axtarılır! – Oğlu açıqlama verdi

Barış Manço axtarılır! – Oğlu açıqlama verdi
01 İyul 2024 - 14:51

Türkiyənin əfsanəvi ulduzu Barış Mançonun həyatı haqqında film çəkiləcək.

ONN media xəbər verir ki, bu barədə məşhur müğənninin oğlu Doğukan Manço danışıb.

Filmin ssenarisinin ailə üzvləri tərəfindən bəyənildiyini deyən Doğukan atası Barış Mançonu canlandıracaq aktyorla bağlı kastinqlərin davam etdiyini bildirib:

“Mənə “atanı canlandırarsanmı?” deyə bu obrazı təklif etdilər. Çox istərdim, təəssüf ki, aktyor deyiləm. Bir çox aktyorlarla kastinq aparılır. Hələ ki, ürəyimə yatan biri yoxdur. İstedadlı birini görmək istəyirik”.

Ekran işinin üzərində məsuliyyətlə işləndiyini qeyd edən Manço “Ömrümün 24-25 ilini atamın adına layiq olmağa və bu adı şərəflə qorumağa çalışdım. Bundan sonra da belə olacaq. Çox qurbanlar verdim. Adıma ləkə gəlməməsi üçün küçəyə çıxmadığım zamanlar oldu”, – deyə əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png