ONN İnformasiya Agentliyi

Prezidentin yüksək vəzifə verdiyi Bəşir Hacıyev kimdir? – DOSYE

Prezidentin yüksək vəzifə verdiyi Bəşir Hacıyev kimdir? – DOSYE
01 İyul 2024 - 16:48

Azərbaycan Respublikası Prezident İlham Əliyevin sərəncamı ilə Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin edilib.

Bəşir Hacıyev 1979-cu ildə anadan olub. O, 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub. O, 2010-cu ildə Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin üzvü olub. Qeyd edək ki, Bəşir Hacıyev bu vəzifəyə qədər Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin nümayəndəliyinin baş məsləhətçisi və müavini olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png