ONN İnformasiya Agentliyi

Misirdə bina çökdü: ölənlər var

Misirdə bina çökdü: ölənlər var
02 İyul 2024 - 9:45

Misirin mərkəzi hissəsində yerləşən Asyut əyalətində üçmərtəbəli yaşayış binası çöküb.

ONN media xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər həlak olub.

Binanın daha 6 sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Əraziyə 10 təcili tibbi yardım briqadası və 5 xilasetmə qrupu cəlb olunub.

Hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png