ABŞ prezidenti Donald Trampın administrasiyası avqustun 23-də Meksika ilə Şimali Amerika azad ticarət zonası haqqında razılaşma (NAFTA) üzrə prinsipial razılığın əldə edildiyini elan etmək niyyətindədir.
ONN media xəbər verir ki, bu haqda mənbələrə istinadən "Politico" qəzeti bildirib.
Nəşrin məlumatına görə, bu, Kanadanın müqavilənin yenilənməsi üzrə sonrakı konsultasiyalara qoşulması üçün yaşıl işıq yandıracaq. Danışıqlar hələlik ikitərəfli formatda Vaşinqtonda aparılır. ABŞ və Meksika arasında razılaşmanın mahiyyəti haqqında təfərrüatlar açıqlanmayıb.