İmişlidə yol qəzası olub.
ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Muradxanlı kəndində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri və yol kənarında 1 ha sahədə kol-kos yanıb.
Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.