ONN İnformasiya Agentliyi

Ağdamda daha bir nəfər minaya düşdü

Ağdamda daha bir nəfər minaya düşdü
28 Aprel 2024 - 9:56

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.

Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib. Xəsarət alan şəxs 1994-cü il təvəllüdlü Vidadi Vüqar oğlu Hüseynov idarə etdiyi qreyder ilə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Hüseynov Vidadi sağ əlindən xəsarətlər alıb. Zərərçəkən şəxs rayon xəstəxanasına təxliyə edilib. Mina partlayışı nəticəsində texnikaya zərər dəyib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png