Yunanıstanın Samothraki adasında aralarında türklərin də olduğu 1000-ə yaxın turist köməksiz vəziyyətdə qalıb.
ONN media xəbər verir ki, Dədağac ilə Samothraki arasında gediş-gəlişi təmin edən bərələrdə ard-arda çıxan problemlər səbəbilə avqustun 6-dan bəri səfərlər ləğv olunub.
Əlavə dəstək üçün göndərilən gəmilər də nasazlanıb. Bərə səfərləri mümkün olmadığına görə, adada ərzaq ehtiyatı və yerləşmə problemi yaşanır.