ONN İnformasiya Agentliyi

Ürək xəstəlikləri və insult riskini azaldan QƏHVƏ – Alimlər arasında ÇAXNAŞMA

Ürək xəstəlikləri və insult riskini azaldan QƏHVƏ – Alimlər arasında ÇAXNAŞMA
15 Noyabr 2017 - 8:25
Amerikalı mütəxəssislər qəhvənin ürək xəstəliklərini və insult riskini nisbətən azaltdığını iddia edir.
ONN media xəbər verir ki, alimlər qəhvənin istifadəsi zamanı xüsusi aparat vasitəsilə alqoritmləri izləyərək, onun pəhriz və digər müalicə vasitələrindən daha çox faydalı olduğu qərarına gəliblər. Müxtəlif pəhrizlərin ürək-damar sistemi ilə arasındakı əlaqələr müşahidə edilib. Məlum olub ki, həftə ərzində qəbul edilən bir fincan qəhvə infarkt və ürək-damar xəstəlikləri riskini 7%-dək azaldır. Eyni zamanda müxtəlif növ xərçəng xəstəliklərinin, qaraciyər xəstəliklərinin qarşısını alır.
Hərçənd tədqiqatın nəticələri geniş müzakirələrə səbəb olub. Buna səbəb daha əvvəl elmi məqalələrdə insanların gündəlik həyatda qəhvədən istifadə etməsinin (tərkibindəki kofein ürək-damar xəstəliklərinin yaranmasına şərait yaradır) vaxtından əvvəl ölüm riskini artırdığı qeyd edilirdi.
Bunu nəzərə alaraq, alimlər bu məsələnin daha dərindən araşdırılaraq insanlara bu mövzu haqqında maarifləndirici məqalələr təqdim etməyə davam edəcəklərini bildiriblər.(Publika.az)
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png