ONN İnformasiya Agentliyi

“Muğam axşamları” layihəsi yeni formatda

“Muğam axşamları” layihəsi yeni formatda
02 İyun 2020 - 20:56

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” möhtəşəm layihəsi tamaşaçılara yeni formatda təqdim ediləcək.

ONN media xəbər verir ki, artıq 4 ildən çoxdur ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş “Muğam axşamları” layihəsini həyata keçirir.

Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizi gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar hər zaman böyük maraq göstəriblər. Bundan sonra isə BMM canlı konsertləri ilə bərabər “Muğam axşamları” layihəsini həm də Mərkəzin yeni yaradılan TV studiyası tərəfindən mərkəzin Youtube kanalı, Facebook və İnstagram səhifələri vasitəsilə yayımlayacaq. Bütün muğamsevərləri “Muğam axşamları” nın səfasına dəvət edirik!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png