Goranboy rayonunda qətl hadisəsi baş verib.
ONN media bildirir ki, hadisə rayonun özündə baş verib.
Buzluq kənd sakini, 65 yaşlı Əmraslan Nağıyev idarə etdiyi avtomobillə qudası 1966-cı il təvəllüdlü Fərrux Qasımovu qəsdlə vuraraq öldürüb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.