Yanvarın 31-də öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarova cinayət məsuliyyətinə cəlb edilib.
ONN media xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermək) maddəsi ilə ittiham irəli sürülüb.
Bu gün Xəzər rayon Məhkəməsində prokurorluğun T. Allahyarov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılacaq.