Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə prezident seçkilərində iştirakını rəsmən elan etdi.
ONN media xəbər verir ki, Putin bu haqda Nijni-Novqorodda “QAZ” avtomobil zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib.
“Bəli, mən Rusiya Federasiyasının prezidenti postuna namizədliyimi irəli sürəcəyəm”, – Putin deyib.
Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək.