FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
ONN media xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 21 pillə irəliləyib. Hazırda 321 xala malik komanda 105-ci pillədə qərarlaşıb.
İyunun 9-da Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək Latviya 10 pillə irəliləyib. Bu komandanın 230 xalla 129-cu pillədədir.
Yığmanın Millətlər Liqasındakı rəqibləri də yüksəliş əldə ediblər. 3 pillə irəliləyən Farer adaları millisi 376 xalla 90-cı, 11 pillə irəliləyən Kosovo 197 xalla 141-ci, 1 pillə irəliləyən Malta 65 xalla 184-cü yerdədir.