Heydər Əliyev adına Beynəlxalq hava limanı yol qovşağından Mərdəkan yol qovşağına kimi üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONN media-ya verilən məlumata görə, işlər axşam saatlarınadək davam edəcək.
Gecə saat 00:00-dan səhər saat 06:00-dək isə Bakı-Sumqayıt şossesinin Beynəlxalq Avtovağzal kompleksi qarşısından Xırdalan dairəsinədək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
Bu üzdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur.