ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - Ünsiyyət və danışıqlar üçün çox əlverişli gündür. Ən soyuqqanlı, laqeyd, eqoist, mizantrop insanı belə ideyalarınıza cəlb edə bilərsiniz. İntuisiyanız çox güclüdür və bu məqam şəxsi nüanslara təsir edir. Yaxınlarınızın istək və hisslərini anlamağa çalışın. Sevdiyiniz insanın niyyətini duyun, gözləntilərini dərk edin. Günün ikinci yarısında işgüzar və maliyyə məsələlərini həll etmək olar. Zahirən hərdəmxəyal təsir bağışlasanız da, ciddi olun, önəmli detalları diqqətdən qaçırmayın. Qiymətli hədiyyə, xoş sürprizlər istisna deyil. Buğa - Asan, rahat gün olmayacaq. Kiçik anlaşılmazlıqlar və uğursuzluqların sayı normadan artıqdır. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. İstəyinizə dərhal olmasa da, çatacaqsınız. Əks cins mənsubu ilə fikir ayrılığı və ixtilaf yarana bilər. Yaşlılarla təmaslarda diqqətli, həssas olun. Sərt, aqressiv danışmayın. Günün ikinci yarısında önəmli işlə təkbaşına məşğul olmayın. Mürəkkəb və xoşagəlməz problemin həllində yardımçınız olacaq. Əkizlər - Emosional baxımdan rəvan, asan olmayan gündür. Hadisələr qarışıq, hisslər dağınıq, əsəblər gərilidir. Qarşılıqlı anlaşmaya və kompromissə nail olmaq çətindir. Durumu ağırlaşdırmamaq üçün səy göstərin. Əks təqdirdə ümumi planlardan biri ertələnəcək, nəzərdə tutduğunuz iş alınmayacaq. Günün ikinci yarısında genişmiqyaslı, ağır işlərə başlamayın. Başa vura biləcəyiniz işlərlə kifayətlənin. Axşam saatlarını sakit istirahətə, yorucu olmayan, maraqlı məşğuliyyətə həsr edin. Xərçəng - Yaxşı ideyalarınız az olmasa da, onları həyata keçirmək üçün enerji qıtlığı var. Bu isə müttəfiqlərə və yardımçılara ehtiyac yaranmasını labüd edir. Tərəfdaşları ən qəfil, gözlənilməz şərait və yerdə tapmaq olar. Onların arasında indiyədək bütün niyyət, layihələrinizə şübhə ilə yanaşan insanlar da ola bilərlər. Alış-veriş etmək, daşınmaz əmlaka və yeni layihəyə sərmayə yatırmaq olar. Nüfuzlu insanla görüş pis keçməyəcək. Yaşlı qohumlarla ünsiyyət sizi sevindirəcək. Ailəvi tədbirlərdə qayğısız görünməyə çalışın. Deyin, gülün, əylənin. Şir - Heç hara tələsməyin. Yaxın ətrafınızdakı insanlar sizi tələsdirsələr belə, aramla davranın. Dürüst qərar qəbul etmək üçün effektiv taktika seçin. Əvvəl başladığınız işi başa vurmaq üçün bir qədər vaxt gərəkdir. Yeni tapşırıqlar və ya öhdəliklərin alınması, mürəkkəb məsələlərin yaranması istisna deyil. Yardım və ya heç olmasa, məsləhət ala biləcəyiniz şəxslər isə gözə dəymirlər. Alış-verişdə çox pul xərcləməyin, qənaətli olun. Maliyyə baxımından uğursuz gündür. Məişət texnikası sıradan çıxa bilər. Qız - Planlaşdırdığınız işləri təkbaşına reallaşdırmaq çox çətindir. Müttəfiq və yardımçı arayın. Sizi dəstəkləmək və istəklərinizi yerinə yetirməklə yanaşı, təşəbbüskar olacaq insanları tapacaqsınız. Onlarla tərəfdaşlıq faydalıdır. Cəsarətli və qətiyyətli olun. Maneələrlə sədlər sizi qorxutmasın. Uğurlara nail olmaq şansınız az deyil. Kiçik və xırda məsələlərə görə pərişan olmayın. Əhvalınızı pozmayın. Bədbinliyə qapılan insanlar sizə dəstək üçün üz tutacaqlar. Lakin "kövrək etiraflar" dinləməyə çox vaxt sərf etməyə dəyməz. Tərəzi - Vurnuxma sizi çox qıcıqlandırır. Daha sakit, səs-küydən uzaq şəraitdə çalışmaq istəyirsiniz. Amma belə imkan yoxdur. Qəfil və gözlənilməz məqamlar az deyil. Əvvəlki günlərlə müqayisədə planları daha sürətlə dəyişməli olacaqsınız. Nikbin davranın, ruhdan düşməyin. Yaxınlarınızın sizə yaxşı xəbərləri və xoş sürprizi var. Onlarla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Ailə üzvləri ilə təmaslarda həssas olun. Səmimiyyəti, qayğını unutmayın. Əqrəb - Çox uğurlu gündür. Əvvəllər başladığınız və ümidsiz saydığınız mürəkkəb işi başa çatdırmaq şansı var. Bədxahlarla rəqibləri üstələyin, zəifliklərinizin öhdəsindən gəlin. Zərərli vərdişlərlə mübarizə aparın. Həmin vərdişlərdən birini tərgidə bilərsiniz.
Günün qoroskopu: Başqalarının səhvlərindən nəticə çıxarın

