ONN İnformasiya Agentliyi

Ərdoğanın İraqa səfər tarixi açıqlandı

Ərdoğanın İraqa səfər tarixi açıqlandı
15 Aprel 2024 - 15:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa rəsmi səfər edəcək.

ONN media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edək ki, bu, Türkiyə liderinin son 12 ildə İraqa ilk rəsmi səfəri olacaq.

Əlavə edək ki, Ərdoğanın Bağdada nəzərdə tutulan səfəri İraqın şimalında yeni sərhədyanı hərbi əməliyyat ehtimalı ilə bağlı Ankaranın sərt ritorikası fonunda baş tutacaq.

Türkiyə lideri bir müddət əvvəl bəyan etmişdi ki, bu yay İraqla sərhəd təhlükəsizliyi məsələsi öz həllini tapacaq. Ehtimal edilir ki, əməliyyatın məqsədi İraqın şimal rayonlarını 40 km dərinliyə qədər PKK terrorçularından təmizləmək olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png