ONN İnformasiya Agentliyi

Hava limanının əməkdaşının məhkəməsi başa çatıb

Hava limanının əməkdaşının məhkəməsi başa çatıb
7-02-2018, 12:23


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Emil Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
ONN medianın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E. Cəfərzadə barəsində şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb. 
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, onun himayəsində azyaşlı olmasını nəzərə alıb. 

Qeyd edək ki, E. Cəfərzadə münaqişə zəminində iş yoldaşı Şahin Cəfərovu bıçaqlayıb. E. Cəfərzadə Heydər Əliyev Beynəlxalq HavaLimanının Təhlükəsizlik Xidmətinin əməkdaşı olub.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png