Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
Bu barədə ONN media-ya Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
“Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur”.