ONN İnformasiya Agentliyi

Azərbaycanlı qadına Malayziyada yüksək titul verildi

Azərbaycanlı qadına Malayziyada yüksək titul verildi
16-03-2018, 08:48


Malayziya kralı sultan V Məhəmməd ölkədə federasiya gününün qeyd olunması münasibəti ilə Azərbaycan vətəndaşı Nərgiz Səfərovanı “PMW/ Datuk Panglima Mahkota Wilayah” “cəngavər” titulu ilə təltif edib.

ONN media Oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı xanım Malayziyada turizmin inkişafına və onun dünyada populyarlaşmasına verdiyi töhfələrə görə bu ada layiq görülüb.

Təntənəli mərasim Kuala-Lumpurun “İstana Neqara” kral sarayında baş tutub.

Qeyd edək ki, Datuk 1965-ci ildə təsis edilmiş ənənəvi, federal əhəmiyyətli rəmzi tituldur. Bu titul həmçinin Bruney və İndoneziyada istifadə edilir. Titul xaricilərə xüsusilə nadir hallarda, onların ölkə qarşısında böyük xidmətləri olduqda verilir.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png