Bir azərbaycanlı isə ən yüksək mükafat, 2 dərəcəli “Dostluq” ordeni ilə təltif edilib.
Qazaxıstan Səfirliyindən ONN media -ya verilən məlumata görə, Qazaxıstanın müstəqillik günü ərəfəsində prezident Nursultan Nazarbayevin sərəncamı ilə 6 azərbaycanlı ölkənin inkişafında göstərdiyi xidmətərlə görə müxətlif orden və medallarla təltif edilib. Onların arasında Qazaxıstan Azərbaycanlıları İttifaqının rəhbəri Əbülfəz Xamedov ən yüksək mükafata 2-dərəcəli Dostluq medalına layiq görülüb. Bu son 5 ildə Qazaxıstanda yaşayan azsaylı xalqların nümayəndəsinə verilən ən yüksək mükafatdır. Təltif olunanlar sırasında müxtəlif sahələrdə çalışan Allahverdi Mamedov, Bəxtiyar Mirzəyev, Faiq Mahmudov, Faiq Bayramov və Allahqulu Cəfərov da var. Qeyd edək ki, Qazaxıstanda 200 mindən çox azərbaycanlı yaşayır. Son illər prezident Nursultan Nazarbayev Azərbaycan icmasına xüsusi diqqəti ilə də yadda qalıb. Parlament və yerli məslixata seçkilərdə azərbaycanlıların seçilməsi bunu bir daha sübut edir. Qazaxıstan Xalqlar Assambleyasının xətti ilə Nursultan Nazarbayevin köməkçisinin də məhz azərbaycanlı olması Qazaxıstan cəmiyyətində azərbaycanlıların mövqeyinin daha da möhkəmlənməsindən xəbər verir. Qazaxıstan Xalqlar Assambleyasının açıqlamasına görə dövlət mükafatları alanlar arasında elm, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahəsində çalışanlar, ö cümlədən yüksək çinli məmurlar da var.



İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi
Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib
Nazarbayev İlham Əliyevə başsağlığı verdi
İlham Əliyev Qazaxıstanın Parlament Məclisinin sədrini qəbul edib- YENİLƏNİB
Əli Həsənov:“Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsində Qazaxıstanda ümummilli həmrəylik var”
Nazarbayevin bacısı oğlu saxlanıldı, özü isə...
Nazarbayev Bülbüloğluna məktub ünvanladı
Şeyx Qazaxıstanın ali ordeni ilə təltif edildi
Qazaxıstanda hökumət istefaya getdi
Prezident onu təltif etdi - Sərəncam
Nazarbayevdən SON DƏQİQƏ açıqlamaları: sükutu pozdu - Yerini açıqladı - VİDEO
Ölkədəki böhranın səbəbi budur - Nazarbayevin eks-müşaviri
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 