ONN İnformasiya Agentliyi

Ronaldonun arzusu ürəyində qalacaq? - Sevgilisi İSTƏMİR

Ronaldonun arzusu ürəyində qalacaq? - Sevgilisi İSTƏMİR
1-04-2018, 10:38


“Real”ın futbolçusu Kriştiano Ronaldonun sevgilisi Jorjina Rodriges bir daha övlad dünyaya gətirmək istəmir.

Jorjina bu barədə “XL Semanal” jurnalına verdiyi müsahibədə danışıb. O, özünü 10 ildən sonra 4 uşağa baxan qocalmış qadın kimi təsəvvür etdiyini bildirib və bir daha ana olmaq istəmədiyini vurğulayıb.

Qeyd edək ki, model ilk və yeganə övladını 2017-ci ilin noyabrında dünyaya gətirib. Ronaldonun 4 övladı var ki, 3-ü surroqat ana vasitəsilə dünyaya gəlib.

33 yaşlı Ronaldo isə “qızıl top”un mükafatlandırma mərasimində bildirimişdi ki, 7 uşaq atası olmaq arzusundadır. (komanda.az)

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png