ONN İnformasiya Agentliyi

Günəşdə güclü partlayış baş verdi

Günəşdə güclü partlayış baş verdi
13-02-2025, 19:41
Fevralın 13-də Günəşdə M sinfinə aid partlayış qeydə alınıb.
ONN media-nın xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Fevralın 13-də saat 14:09-da (Bakı vaxtı ilə 15:09 - red.) rentgen diapazonunda 3987 (S06W21) Günəş ləkəsi qrupunda 8 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb", - deyə institutdan bildirilib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png