ONN İnformasiya Agentliyi

Müəllimlərə bununla bağlı XƏBƏRDARLIQ EDİLDİ

Müəllimlərə bununla bağlı XƏBƏRDARLIQ EDİLDİ
3-03-2025, 15:33
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.

Qeyd olunub ki, Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir.
"Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək", - MÜTDA-dan bildirilib.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png