Zabrat-Məmmədli yolunda aparılan təmir işləri ərazidə nəqliyyat sıxlığına səbəb olub. Sakinlər uzun müddətdir davam edən işlərin gündəlik hərəkəti çətinləşdirdiyini bildirirlər.
ONN media-ya danışan sakin Fəridə Aslanova deyib ki, yolun bu hissəsində hər gün tıxac yaranır:
"Səhər evdən saat neçədə çıxmağımızın fərqi yoxdur, mütləq bu hissədə tıxaca düşürük. Burada aparılan təmir işi bitmək bilmir".
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-a bildirilib ki, sözügedən ərazidə yeni tullantı su şəbəkəsinin inşası aparılır. Lakin işlərin nə zaman yekunlaşacağı barədə qurum tərəfindən konkret tarix açıqlanmayıb