SOCAR brendli yanacaqdoldurma stansiyalarında (YDS) Aİ-95 markalı yanacağın satışı dayandırılmayıb.
ONN media xəbər verir ki, bu barədə Report-a SOCAR Petroleum QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində Aİ-95 premium benzinin satışı dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.
Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib:
"Lakin bu gündən etibarən bütün YDS-lərdə Aİ-95 markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər".
Qeyd edək ki, SOCAR Petroleum QSC 2008-ci ildə təsis edilib və Azərbaycan ərazisində SOCAR brendi altında neft və qaz məhsullarının alqı-satqısını, eləcə də beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətini həyata keçirir.
Şirkətin ilk 3 yanacaqdoldurma stansiyası 2010-cu il mayın 7-də istifadəyə verilib. Hazırda ölkə üzrə 69 YDS “SOCAR Petroleum”un balansındadır. Bundan əlavə, şirkətə məxsus 1 Sıxılmış Təbii Qaz terminalı və 13 neft terminalı bazası fəaliyyət göstərir ki, onlardan 11-i regionlarda, 2-si isə Bakıda yerləşir
Aİ-95-in satışı dayandırılıb?



SOCAR-dan benzinin bahalaşmasına MÜNASİBƏT
SON DƏQİQƏ: Ölkədə bu benzinin də qiyməti bahalaşdı
Bakıda "SOCAR" brendi altında 28-ci yanacaqdoldurma məntəqəsi açılıb
"Şəxsi avtomobillərə benzin satılmayacaq?" - SOCAR-dan AÇIQLAMA
Azərbaycandan Ukraynaya DAHA BİR DƏSTƏK: SOCAR-a göstəriş verilib ki...
SOCAR-dan benzin qiymətləri ilə bağlı - AÇIQLAMA
Ermənilərin SOCAR-a qarşı təxribatının qarşısı alındı
Ölkədə yanacağın qiyməti bahalaşdı
SOCAR adını dəyişdirdi
Benzin bahalaşdı
Yeni yanacaqla niyə daha az məsafə qət edilir? - Ekspert
SOCAR-dan sürücülərin narazılığına CAVAB VERİLDİ
Sərnişin avtobusu dərəyə aşdı- ÖLƏNLƏR VAR
Türkiyə MN Azərbaycanı təbrik etdi
Sabahın havası açıqlandı
Tramp Makronu hədələdi
XİN rəsmi məlumat yaydı
Prezident bu şəxslərə müraciət ünvanladı
Bəzi rayonlara yağış yağır
Avstraliya Türkiyəni məğlub etdi
Azərbaycanda Milli Qurtuluş Günüdür
Sabahın havası açıqlandı
ABŞ qırıcısı qəzaya uğradı
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
İstidə avtomobildə qoyulmamalı 10 ƏŞYA - Təhlükə ciddidir 