Bir zamanlar xaricdən, xüsusilə də Amerikadan avtomobil alan vətəndaşların ən çox diqqət etdiyi məqamlardan biri maşının nə vaxtsa su altında qalıb-qalmaması idi. Çünki suya düşən avtomobillərdə sonradan ciddi texniki nasazlıqlar yarana bilir. Son günlər ölkədə yağan güclü yağışlar nəticəsində isə onlarla avtomobil su altında qalıb. Hazırda həmin nəqliyyat vasitələrinin bir qismi ikinci əl bazarına çıxarılaraq satışa təqdim olunur.
ONN media xəbər verir ki, maşın ustası Əlövsət Əliyev mövzu ilə bağlı fikirlərini Baku TV-yə belə ifadə edib:
"Bir müddət keçəndən sonra - bu, bir neçə gün də ola bilər, bir neçə ay da - artıq fəsadlar özünü göstərməyə başlayır. Elə avtomobillər var ki, işlənmiş qazların xaricetmə sistemi suya daxil olduqda oradan hava çəkir və ciddi problemlər yaranır".
Mütəxəssislər bildirirlər ki, ikinci əl avtomobil alarkən onun su altında qalıb-qalmadığını müəyyən etməyin ən doğru yolu maşını almamışdan əvvəl peşəkar servisdə yoxlatdırmaqdır. Çünki bəzi satıcılar suyun yaratdığı izləri gizlətməyə çalışırlar.
Nəqliyyat sahəsi üzrə ekspert Eyyub Əliyev də alıcılara diqqətli olmağı tövsiyə edərək məsələni belə şərh edib:
"Arzuolunandır ki, istənilən ikinci əl avtomobili alarkən onu mütləq həmin markanın rəsmi servis mərkəzində diaqnostika etdirəsiniz və peşəkar ustaların baxış keçirməsini təmin edəsiniz".



Dubayda suda qalmış avtomobillər ölkəyə gətirilə bilər?
YENİ HİYLƏ: İşlənmiş maşın alarkən diqqətli olun - VİDEO
"Sədərək"də maşın suyun altında qaldı - VİDEO
Leysan bu rayonlarda fəsadlar törətdi
Türkiyədə güclü daşqınlar- Küçələri su basdı
Qar və çovğun səbəbindən İsmayıllı yolu bağlanıb
Maşın almaq istəyənlər DİQQƏTLİ OLUN
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Şamaxı-İsmayıllı yolu bağlandı
Türkiyədə sel ciddi fəsad törətdi
Avtomobil bazarı: Satış azaldıqca dələduzlar artır
Türkiyə paytaxtını sel basdı
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 