Tiktok fenomeni kimi tanınan İlduzə Hacıyevanın (Arzum) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovla bağlı yeni məlumatlar ictimai müzakirələrə səbəb olub. Mərhumun əvvəllər xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edildiyi iddia edilir.
ONN media xəbər verir ki, ABŞ-da yaşayan jurnalist Qənirə Ataş sosial şəbəkə hesabında məhkəmə sənədləri paylaşaraq Amal Məlikovun keçmiş məhkumluqları barədə məlumat yayıb.
Paylaşılan sənədlərə əsasən, Amal Məlikov 2021-ci ildə xuliqanlıqla bağlı cinayət işi üzrə təqsirli bilinib. Məhkəmə materiallarında onun başqa bir şəxslə birlikdə ictimai qaydanı kobud şəkildə pozmaqda, mübahisə və zor tətbiqi ilə müşayiət olunan hadisədə iştirak etməkdə günahkar sayıldığı qeyd olunur. pizza sifarişi
Bundan başqa, yayılan sənədlərdə bildirilir ki, 2022-ci ildə Amal Məlikovun üzərindən 2,262 qram heroin aşkar edilib. Bununla əlaqədar o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onun narkomaniyadan məcburi müalicəyə cəlb olunması barədə qərarın verildiyi göstərilir.
Qeyd edək ki, son günlər ölkə gündəmini zəbt edən qəza işi üzrə məhkəmə qərarı ilə Tiktok fenomeni Arzum kimi tanınan İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Amal Məlikovla bağlı yayılan məhkəmə sənədləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bununla belə, hüquqşünaslar xatırladırlar ki, qəzada həyatını itirən şəxsin keçmiş məhkumluğu həmin yol-nəqliyyat hadisəsi üzrə məhkəmə tərəfindən qiymətləndirilmiş faktları və çıxarılmış hökmü dəyişdirmir
Qəzada ölən Amal narkotikə görə tutulubmuş



Bir sıra hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edildi - SƏRƏNCAM
SON DƏQİQƏ: Prezident əfv sərəncamı imzaladı
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Prezidentdən ƏFV FƏRMANI -Adlar (Siyahı)
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
DİN genişmiqyaslı ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda HƏBS OLUNAN VAR
DİN-dən ƏMƏLİYYAT: 11 nəfər saxlanıldı
Prezident bu şəxsləri əfv etdi
Polis əməliyyat keçirdi - Həbs edilənlər var (VİDEO)
Prezident onları Laçının azad olunmasına görə TƏLTİF ETDİ - SİYAHI
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Bazar günü hava necə olacaq?
Zaur Kamal qəzaya düşdü
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
Azərbaycanda zəlzələ oldu
Yayda qaralmaq istəyənlər bunlara diqqət etməlidir - Vacib tövsiyələr
İlham Əliyev Trampı təbrik etdi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artdı
DÇ-2026: Messi yenidən lider oldu
Qaradağda faciə: başına dəmir düşən kişi öldü
Çimərlikdə bu qidaları yemək təhlükəli ola bilər
Neft yenidən bahalaşdı
DÇ-2026: 1/8 final mərhələsi start götürür
Günün qoroskopu: Mühüm sahəni nəzarətsiz buraxmayın
Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət 